10.03.2022
09 mart tarxində Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana Sisteminin Mərkəzi Kitabxananın oxu zalı II Qarabağ savaşının 44 günlük vətən müharibəsi şəhidi Rüfət Mustafayevin ailəsi ilə “Qəlbimizin zirvəsində yaşayan qəhrəman” adlı onlayn tədbir təşkil edib.
Tədbiri MKS-nin direktor əvəzi Fəridə Qədimova aşdı: “Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır”...
Sonra çıxış edən oxu zalının müsiri Aidə Abdullayeva şəhid Rüfət Mustafayev haqqında məlumat verdikdən sonra sözü tədbir iştirakçılarına- Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, yazıçı-dramaturq Xəzangül Hüseynova, Mir Cəlal Paşayev ev muzeyinin direktoru İradə İbayeva, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin baş məsləhətçisi, şairə Aləmzər Əlizadə, şəhidmiz haqqında bir neçə kitabın müəllifi şairə Esmira Günəş, şəhidin anası Afet xanım, xalası qızı Sənubər Məmmədova, əmisi qızı Türkan Cəmilzadə və ailə üzvləri, yaxın qohumları, şəhid Qənbərin bacısı Aida xanım iştirak edirdilər.
İştirakçıların hər biri Şəhidliyin ən ali zirvəzsindən, 44 günlük vətən müharibəsindən, vətən fədailərinin şücaət və qəhrəmanlıqlarından, həmçinin Rüfət Mustafayevin xatirəyə dönmüş uşaqlığından, yaşadığı qısa ancaq şərəfli ömründən, təmiz qəlbi, insanpərvərliyi ilə cənnətini bu dünyada qazanan şəhidimizlə bağlı maraqlı çıxışlar etdilər.
Gəncə şəhər 27 saylı litseyin şagirdi Nazənin Həsənova və Gəncə şəhər 12 saylı tam orta məktəbin 7-ci sinif şagirdləri Səbinə Abdullazadə və Aynur Ələkbərova “Şəhidlər”, “Şəhid Anası” və vətənpərvərlik mövzusunda şeirlərlə çıxış etdilər.
Sonda şairə Esmira günəş Rüfət Mustafayevin ev muzeyi və təhsil aldığı orta məktəblə iştirakçıları onlayn şəkildə tanış etdi.
Tədbiri bağlı edən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova yenidən şəhidlərlə bağlı mövzuda çıxış edərək şəhidlərə həsr edilmiş şeir ifa etdi və tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.